Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13651
az

Aslan sifət oğlan dəyişib bu hala düşdü, heç kim tanımadı

12:5224 May, 2019
932
MARAQLI
  • A
 

Hindistanlı Sureş adlı gənc uzun illərdir ki, üzündəki deformasiya ilə yaşayırdı. Aslan Sifət Sindromundan əziyyət çəkən oğlan, vəziyyətindən narahat idi.
 
Medicina.az xəbər verir ki, məşhur bir cərrah tərəfindən müalicə edilən gəncin dəyişimi hər kəsi təəcübləndirib, eyni zamanda da sevindirib.
 
Aslan Sifət Sindromu Paget xəstəliyi kimi xəstəliklərin xəbərçisi ola bilər. Üzdəki sümüklər həddindən artıq büyüyür və sonda görmə qabiliyyəti itir, nəfəs alma və qidalanmada da çətinliklər yaranır.
 
Bu sindrom yalnız sümüklərin çıxarılması ilə müalicə edilə bilər. Lakin 20 ildir Sureşə  heç kim kömək edə bilməyib. O, 18 yaşından sonra bu əlamətləri özündə müşahidə edib. Bir müddət əvvəl cərrah Sunil Riçardson apardığı əməliyyat uğurla nəticələnib. Hazırki görünüşü ilə Sureşi tanımaq az qala mümkün olmur.
 
Cərrahi prosedurdan sonra üzü dəyişən gənc adını da dəyişib. Yeni adını isə hələ ki, gizli saxlayır.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO
Baydenin oğlunun milyonluq evi yanıb
Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb