Kosmik stansiya və kosmik gəmi ekipajı üzvlərinin spirtli və qazlı içkilər qəbul etməsi qadağan olunub.
Rusiyanın Tibbi-bioloji problemlər İnstitutunun qida şöbəsinin müdiri Aleksandr Aqureyev “
RİA Novosti”yə verdiyi açıqlamada bunun səbəblərini izah edib.
Alkoqol ona görə qadağandır ki, kosmonavt son dərəcə məsuliyyətli və yüksək diqqət tələb edən iş görür, spirtli içkinin təsiri altında olsa, onun diqqəti kütləşə, normal davranışları pozula bilər.
Qazlı içkilərə gəlincə, onun saxlanıldığı qabı açanda maye dərhal ətrafa səpələnir, kosmik gəmilərdə və stansiyalarda çoxsaylı elektron cihazların olduğunu nəzərə alsaq, çəkisizlik şəraitində maye damlalarının xaotik şəkildə ətrafa səpələnməsi yolverilməzdir.
Alim qeyd edir ki, Beynəlxalq Kosmik Stansiya yaradılan zaman kanadalı dietoloqlar sualtı qayıq ekipaj üzvləri kimi kosmonavtların rasionuna qırmızı şərabın daxil edilməsini təklif etmişdi.
Ancaq NASA mütəxəssisləri müvafiq araşdırmalardan sonra bunu məqsədəuyğun bilməmişdi. Onların fikrincə, sualtı qayıqlarda hərbi nizam-intizam olur, BKS-də isə hər hansı ekipaj üzvünün həvəsə düşüb normadan artıq şərab qəbul etməyəcəyinə heç bir zəmanət yoxdur.
Oxu24.com
ŞƏRHLƏR