Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13176
az

WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ

09:4414 May, 2019
758
  • A
 
WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

Oxu24.com  xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

Kiberhücumun kütləvi hal almadığı, yalnız "seçilmiş istifadəçilərin" ona məruz qaldığı bildirilir. "Facebook"un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

"Financial Times"ın yazdığına görə, virtual hücum İsrailin "NSO Group" təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, "WhatsApp"  ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.


Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub:  seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi "dəstəyi qaldırmasa" belə onun mobil telefonuna zərərli proqram yazılıb.

Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrofonla danışıqlarını dinləyə biliblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO
Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Cəbrayıl şəhərciyində qadın     narkotiklə      saxlanıldı