Qaynar xətt:

(+99450) 247 90 86

Balonda kabab bişirməyin qaydası – Evdə, manqalsız, kömürsüz

2019-05/1557246362_1557242949_shashlik-v-bantsi.jpg

MARAQLI

989

07.05.2019, 20:27

\"\" Kababın ətri uzaqdan insanı cəlb edərək, insanları iştahlandırır. Bu səbəbdən bir çoxları qonşular, ətraf kabab iyi çəkməsin deyə, həyətdə, eyvanda manqal qurub, kabab bişirmir.  
Xüsusən Ramazan ayında bu zövqü yaşamaq olmur. Bəzənsə bina mənzillərində yaşayanlar ürəkləri istəyəndə kabab çəkə bilmir. Oxu24.com sizə elə mənzil şəraitində, adi balonda manqaldakından heç də geri qalmayan, dadlı, yumşaq kabab hazırlamağın reseptini təqdim edir. Bu metodla kababı elə günü bu gün bişirə bilərsiniz. Lazımdır: Quzu əti (yumşaq hissəsi) – 500 qr Mineral qazlı su – 100 ml Ət üçün basdırmalıq soğan – 2 ədəd Limon suyu – 1 xörək qaşığı Duz, istiot, hər hansı sous Hazırlanması: Ət adi kabab qaydasında basdırma olunur və 2 saat saxlanılır. Xüsusi çubuqlara əti keçirirsiz, basdırmadan qalan soğanlı qarışımı balonun içinə tökürsüz. Sonra çubuqları balonun içinə yerləşdirib, balonun ağzını falqa ilə örtürsünüz.   Balonu soyuq sobada ( əvvəlcədən qızdırmadan) qoyub,  180 dərəcədə 1 saat bişirirsiz. Sonra sobanın qapağını açıb 15 dəqiqə saxlayın ki, balonu çıxaranda partlamasın. Balonda kabab çox dadlı, yumşaq alınır. Ona manqal, kömür ətri vermək üçün balonun dibinə 1-2 ədəd kömür qoymaq olar.