Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12721
az

İnsanı gözəlləşdirən 10 qida - SİYAHI

21:5703 May, 2019
952
MARAQLI
  • A
Dietoloqlar bildirir ki, bu qidaların tərkibi insanın dərisi, saçları, bədəni, dırnaqları üçün gözəllik mənbəyidir.

Oxu24.com medicina.az-a istinadən gənclik təravətini qorumaq üçün hər gün istifadə edəcəyiniz qidaların onluğunu təqdim edir:

1.  Dəniz məhsulları

Gözəllik mənbəyi Omega 3-6 turşuları bu məhsullardadır. Ayda, ildə bir dəfə balıq, kütüm yeməklə, dəniz məhsulu yediyinizi düşünməyin. Siz ən müxtəlif balıq növləri, kilkə, dəniz ilbizi, midiya, xərçəng, krab kimi məhsulları da yeməlisiz ki, dərinin turqoru artsın, rəngi yaxşılaşsın, təmiz olsun.

2.C vitaminli pomidor, bolqar bibəri, portağal, narıngi, duzlu kələm

Bu vitamin güclü antioksidantdır, kollagenin sintezini artırır.

3.Yaşıl və narıncı rəngdə tərəvəzlər

Kök, bibər, balqabaq, ispanaq, avokado, göyərti  beta karotin hüceyrələrin yenilənməsi üçün lazımdır. Bu qidalar A vitamini ilə zəngindir.  Gündəlik menyunuzda belə tərəvəzlərdən salatlar daxil edin.

4.Zeytun yağı

E vitamini ilə zəngin güclü antioksidantdır. Təmiz, orqanik zeytun yağı əldə edib, onu hər gün bir qaşıq için, dərinizə sürtün, kremlərə, losyonlara əlavə edin.

5.Yağsız kəsmik, yoqurt

Selen və E vitamini ilə zəngindir, üz dərisini qocaldan sərbəst radikalları məhv edir.

6. Qaraciyər

Mal qaraciyəri PP vitamini ilə zəngindir, o çatışmadıqda saçlar və dəridə qabıqlanma, quruluq, cansızlıq olur.
PP həm də göbələklərdə, pivə mayasında var.

7.Reyhan

Gözləri gücləndirir, metobolizmi yaxşılaşdırır, dərini ətirləndirir. Reyhandan özünüz kosmetik losyon hazırlayıb, dərinizi silə bilərsiniz.

8. Banan

Əzələləri möhkəmlədir, maqnezium mənbəyidir, dərini ağardır,  su balansını bərpa edir. Üz, əl, boyun dərinizə banan qabığı çəkməyi sınayın.

9.Üzüm

Bütün yaşlanma əleyhinə kremlərin tərkibində var. Dərini qoruyur, qidalandırır, hamarlayır, qırışlara qarşıdır, radiasiyadan qoruyur, cavanlaşdırır. Gözəlliyiniz üçün harda üzüm gördünüz yeyin, üzünüzə maska edin.

10.Ən yaxşı mineral su

Yaşadığınız yerdə ən yaxşı, təmiz, qazsız, mineral mədən suyu hansıdırsa,  o suyu əldə edib içməyi gündəlik rejiminizə daxil edin. Günə 2 litr keyfiyyətli su içməlisiz. Qaynanmış suyun gözəllik və sağlamlığa faydası yoxdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO