Suyu çox qaynatmayın - XƏBƏRDARLIQ
26 Dekabr 2025, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
18189
03.05.2019, 14:36
-Burunun düzəldilməsində istifadə olunan həmin maddədən danışaq.Orqanizmə hər hansı mənfi təsiri ehtimalı varmı?
- Burun korreksiyası üçün fərqli dolğu maddələri istifadə olunur. Bunların içərisində dünyada məşhur olan və ən etibarlısı olan “Hyaluron turşusu” tərkibli təbii dolğu maddələridir.Bunlar təbbi dolğulardır. Orqanizm üçün heç bir zərəri olmadığı üçün hər kəs müraciət edə bilər.Biz bir neçə firmanın dolğusundan istifadə edirik. Ancaq onların əsasən tərkibi eynidir. Mən bir həkim kosmetoloq kimi süni dolğulardan istifadənin əleyhinəyəm. Bu orqanizm üçün fəsadlar verə bilər.
- Proses barədə danışaq. Bu gel vasitəsi ilə burunda hansı problemləri aradan qaldırmaq mümkündür?
- Burun əyrilikləri tamamilə aradan qaldırıla və yüngülləşdirilə bilər. Burun ucu qaldırıla bilər. Burunda simmetriya problemləri həll edilə bilər. Bundan əlavə rinoplastika əməliyyatı nəticəsində yaranan problemləri biz bu gel vasitəsi ilə tam aradan qaldırıla bilirik. Həmçinin burunun alına birləşən hissəsində olan boşluqlar doldurula , burunun uzunluğu yığıla və enliliyi azaldıla bilər. Bütün bu proseslərin həyata keçirilməsi üçün xəstənin müayinə edilməsi və ətraflı şəkildə analiz edilməsi tələb olunur.
-Daha əvvəl əməliyyat edilmiş burunlarda burun dolğusu tətbiq edilə bilərmi?
-Əməliyyat sonrası istənilən nəticələrin əldə edilə bilmədiyi hallarda əməliyyatsız burun korreksiyası ilə problemlərin həlli mümkündür. Beləliklə xəstə ikinci dəfə əməliyyat olmaqdan qurtulmuş olur.
-Burun dolğusunun orta qalıcılıq müddəti nə qədərdir?
- İstifadə olunan dolğunun növünə, miqdarına və pasientin bioloji xüsusiyyətlərinə bağlı olaraq dolğunun qalıcılıq müddəti 6 ilə 18 ay arasında dəyişir. 10-15 dəqiqədə reallaşdırılan əməliyyatsız burun korreksiyası nəticəsində siz 18 aya qədər arzu etdiyiniz burun formasına sahib olursunuz. Dolğunun təsiri keçdikdən sonra proseduru təkrar edə bilərsiniz. Son zamanlar istifadə olunan hidrofilik gellərin tətbiqi ilə prosedurun qalıcılıq müddəti 5-8 ilə qədər artırılıb.
- Əməliyyatdan əvvəl sınama məqsədi ilə edilə bilərmi?
-Bəli edilə bilər.Xüsusilə burun əməliyyatı mövzusunda dəqiq qərar verə bilməmiş olan pasientlərimizə keçici burun dolğusu tətbiq edilərək,onda burun əməliyyatından sonra burnun necə görünəcəyi barədə təsəvvür yaradılır.
-Burun dolğusu zamanı ağrı olurmu?
-Prosedurda istifadə olunan dolğu maddəsinin içərisində anestezik maddə var. Bununla yanaşı prosedurdan əvvəl buruna anetezik kremin tətbiqi və prosedur əsnasında xüsusi soyuducu vasitələrin tətbiqi ilə prosedurun ağrısız olması təmin edilir.
Həmçinin oxuyun
15:09 / 28 Dekabr 2025
1
10:22 / 28 Dekabr 2025
1921
03:23 / 28 Dekabr 2025
268
00:49 / 28 Dekabr 2025
214
00:20 / 28 Dekabr 2025
739
22:29 / 27 Dekabr 2025
108
22:22 / 27 Dekabr 2025
3613
22:18 / 27 Dekabr 2025
192
21:54 / 27 Dekabr 2025
2148
21:46 / 27 Dekabr 2025
170
21:40 / 27 Dekabr 2025
518
21:31 / 27 Dekabr 2025
343
21:20 / 27 Dekabr 2025
398
21:05 / 27 Dekabr 2025
1971
20:47 / 27 Dekabr 2025
3160
20:35 / 27 Dekabr 2025
180
20:27 / 27 Dekabr 2025
147
20:25 / 27 Dekabr 2025
247
19:59 / 27 Dekabr 2025
1265
16:13 / 27 Dekabr 2025
198
13:29 / 27 Dekabr 2025
168
13:13 / 27 Dekabr 2025
1582
13:10 / 27 Dekabr 2025
149
12:30 / 27 Dekabr 2025
203
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.