"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
776
13.12.2024, 11:19
Qırmızı dodaqlı yarasa balığı və ya Qalapaqos yarasa balığı Qalapaqos adaları ətrafında və Peru sahillərində 3 -76 m dərinlikdə tapılan qeyri-adi morfologiyalı balıqdır.Qəribə bədən forması və parlaq qırmızı dodaqları ilə diqqət çəkən qırmızı dodaqlı yarasa balığı su canlısıdır. Üzə bilməyən balıq növü olan bu canlı qumun üzərində hərəkət edir.
Qırmızı dodaqlı yarasa balığı (və ya gcocephalus darwini) şüaüzgəclilər qrupunun üzvüdür. Sümüklü üzgəcləri olan bu balıq növü gcocephalidae adlanan ailəyə aid 60 növdən yalnız biridir.
Bu növün yaşayış yeri yalnız Ekvador (Qalapaqos adaları) və Peru ilə məhdudlaşır. Bu fərqli dəniz canlısına Peru sahillərində və Qalapaqos adalarını əhatə edən Sakit Okeanda rast gəlinir. Adətən 10 metr dərinlikdə yaşayan bu canlını 3 ilə 76 metr arasında olan dərinliklərdə də görmək mümkündür. O, həmçinin dəniz sahillərində və çox vaxt qayalıqların qumlu diblərində məskunlaşır.
Bu balıq növü orta hesabla 20-40 sm uzunluğa malikdir. Üzu üçbucaq formasındadır, ona görə də üzü və bədəni yastı bir görünüşə malikdir. Geniş başı və nisbətən qısa, sıxılmış bədəni var. Bədəninin qalan hissəsi pulcuqlar, tüklər və qabarlarla örtülmüşdür.
Yarasa balığı iki rəngdən ibarətdir və belində tünd qəhvəyi ləkələr var. Bədəninin aşağı hissəsi daha açıq rəngə malikdir, yuxarı hissəsi isə daha tünddür. Nəticədə, bir çox ovçu yarasaları okeanın dibi ilə eyni rəngdə görür və bu onları çaşdırır.
Onun ən xarakterik xüsusiyyəti parlaq qırmızı dodaqlarıdır. Əyri dodaqlarına görə həmişə hirsli görünür. Həm də çənəsində düzülmüş kiçik konusvari dişlərə malikdir.
Bu canlının bədəninin aşağı hissəsi sümük pulcuqlarla örtülmüşdür, quyruğunda isə kiçik tikanlar var.
Su canlısı olsa da, qırmızı dodaqlı yarasa balığı yaxşı üzgüçü deyil. Sinəsindəki üzgəclərdən istifadə edərək, okeanın dibi ilə yöndəmsiz şəkildə sürünür. Quyruğunun altında pərvanəyə bənzəyən kiçik bir ət parçası var; Bu, əzanın hərəkətinə kömək edir.
Yarasa balığı ətyeyəndir və digər kiçik balıqlarla qidalanır. Bundan əlavə, xərçəngkimilər və mollyuskalar kimi dəniz onurğasızları ilə qidalanır. Yarasa balığı ovunu özünə cəlb etmək üçün yem kimi istifadə etdiyi maye ifraz edir.
Bu gün qırmızı dodaqlı yarasa balığı Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) tərəfindən hazırlanan Qırmızı Siyahıda "aşağı riskli növlər" kateqoriyasına daxildir. Beləliklə, qırmızı dodaqlı yarasa hələ təhlükə altında olan növlər arasında deyil. Okeanın dibində yaşaması onu istənilən insan təsirindən daha da uzaqlaşdırır.
15:36 / 21 Noyabr 2026
32
15:35 / 21 Noyabr 2026
33
15:32 / 21 Noyabr 2026
43
15:30 / 21 Noyabr 2026
67
14:55 / 21 Noyabr 2026
77
14:50 / 21 Noyabr 2026
94
14:35 / 21 Noyabr 2026
379
14:28 / 21 Noyabr 2026
76
14:20 / 21 Noyabr 2026
100
14:19 / 21 Noyabr 2026
92
14:05 / 21 Noyabr 2026
106
14:00 / 21 Noyabr 2026
122
13:34 / 21 Noyabr 2026
157
12:58 / 21 Noyabr 2026
705
12:46 / 21 Noyabr 2026
2042
12:08 / 21 Noyabr 2026
228
11:54 / 21 Noyabr 2026
122
11:50 / 21 Noyabr 2026
150
11:41 / 21 Noyabr 2026
134
11:28 / 21 Noyabr 2026
1819
11:27 / 21 Noyabr 2026
183
11:24 / 21 Noyabr 2026
134
11:16 / 21 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.