Qaynar xətt:

(+99450) 247 90 86

Rayonlarda yaşayanlara ŞAD XƏBƏR: Məşhur müğənnilər pulsuz konsert verəcək

2019-04/1556542824_menim-ermenistanim-mahnisinin-muellifi-olan-ermeni-mugenni-bakida-konsert-verecek.jpg

MARAQLI

1026

29.04.2019, 16:58

 \"\" 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq. Fonddan  verilən məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək. Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq.