Tədqiqatçılar 1986-2022-ci illər ərzində Keniyadakı "Amboseli" Milli Parkı və "Buffalo Springs" Milli Qoruğunda fillərin çıxardığı 469 fərqli səsi araşdırıblar.
Oxu24.com xəbər verir ki, tədqiqatçılar Afrika fillərinin bir-birlərini çağırarkən xüsusi səslər çıxardıqlarını müəyyən ediblər.
Fillərin səslərini qeydə alan tədqiqatçılar bu səslərin akustik quruluşunun filin çağırılmasından asılı olaraq dəyişdiyini bildirirlər. Tədqiqatçılar fillərin özlərinə və ya başqa bir filə ünvanlanan çağırışlara verdiyi cavabları araşdırdıqda, özlərinə müraciət edərkən istifadə edilən səsləri eşidən fillərin digər fillərə səslənəndən daha sürətli və daha yüksək səslə cavab verdiyini müşahidə ediblər.
Araşdırma "Nature Ecology and Evolution" jurnalında dərc olunub.
Yeganə
Mənbə: Trthaber.com
Oxu24.com
ŞƏRHLƏR