Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8128
az

İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏYƏ BAŞLADI

19:5520 Dekabr, 2018
1082
  • A
 Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.

Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.

İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovdan və Çin Xalq Respublikasının Sədri Si Cinpindən də təbrik məktubları alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda BMW sürücüsü yolda
Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

Xurmanın üzərinə limon sıxıb yeyin! – Görün hansı faydaları varmış

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı