Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20467
az

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

19:0709 Dekabr, 2019
768
  • A

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli "Bennu” asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.

"OSIRIS-Rex” layihəsinin mütəxəssisləri asteroidin cənub yarımkürəsində və ekvatorunda müxtəlif yerlərdə 3 nəhəng hissəciklərin tullantısını müşahidə ediblər.

Püskürmədən sonra hissəciklər ya səma cisminin ətrafında dövr edirdilər və yenidən səthə düşürdülər, ya da kosmosa uçurdular. Onların sürəti saniyədə üç metrə, ölçüsü isə 10 santimetrə çatır. 

Bununla bağlı bir neçə ehtimal irəli sürülüb: meteoritlərin zərbələri, termik dağılma və su parının çıxması.

Alimlər hesab edir ki, termik dağılma asteroidin fırlanması zamanı səthin temperaturunun qəfil dəyişməsi ilə əlaqəli ola bilər. Bu proses, həmçinin səma cismini asanlıqla tərk edən hissəciklərin parçalanmasına da şərait yaradır.

"OSIRIS-Rex” – "Bennu” asteroidindən qrunt nümunələrini çatdırmaqla vəzifələndirilmiş planetlərarası stansiyadır. Materialların 2020-ci ilin yayında toplanılması, nümunələrin isə 2023-cü ilin sentyabrında Yerə çatdırılması gözlənilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Türkiyəyə getdi
Bu döyüşün yeni tarixi açıqlandı
Makron Fransa Milli Assambleyasını buraxdı

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olunub