TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
570
08.02.2025, 10:00
Müasir dövrdə dövlət və hökumət başçılarına, dini liderlərə və s. sui-qəsd cəhdlərinə dair çoxsaylı nümunələr var. Bu cəhdlərin bəzisi uğurlu, digərləri isə uğursuzluqla nəticələnir.
OXU24.COM bu dəfə Çeçenistanın müstəqilliyi uğrunda mübarizəyə başlayan Cövhər Dudayevə qarşı baş tutan sui-qəsd cəhdinin detallarını təqdim edir.
1944-cü ildə anadan olan Cövhər Dudayev ilk çeçen aviasiya generalı idi. 1990-cı ildə artıq SSRİ-nin süqutu labüdləşmişdi. Belə ki, o zaman SSRİ lideri olan Mixail Qorbaçevun müstəqilliyə gedən müttəfiq respublikaları əldə saxlamaq üçün təklif etdiyi yeni konstitusiya layihəsi qəbul olunmadı. Belə bir şəraitdə 1990-cı ildə Çeçenistana qayıdan Dudayev Çeçenistanın da Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edəcəyini bildirdi.
1994-cü il dekabrın 12-də Prezident Boris Yeltsinin əmri ilə konstitusion hakimiyyətin bərpası adı ilə Çeçenistana rus qoşunları yeridildi. Qroznı şəhərindən heç yerə ayrılmayan Dudayev 1994-cü ilin 31 dekabrında rus qoşunlarının şəhərə uğursuz hücumunun qarşısının alınmasında önəmli rol oynadı. Lakin döyüşlər bundan sonra iki ay davam etdi. 1995-ci ilin fevralında şəhər ruslara təslim oldu. Dudayev hakimiyyətinin simvolu olan və uğrunda amansız döyüşlərin getdiyi Prezident iqamətgahı ruslar tərəfindən partladıldı. Lakin Dudayevi ələ keçirmək mümkün olmadı.
Əhali arasında böyük nüfuza malik olan Dudayev cənuba - Çeçenistanın ən dağlıq regionuna çəkildi. Müharibənin ilk günündən rus qoşunlarının hədəfində olan Dudayevə qarşı ilk üç sui-qəsd cəhdi uğursuzluqla nəticələndi. Birinci sui-qəsd zamanı snayperin səhvi nəticəsində Dudayev sağ qaldı. Bundan sonrakı cəddə isə yola qoyulmuş mina Dudayevin maşının keçidi zamanı partladı, lakin çeçen lideri yüngül xəsarət aldı.
Həmçinin oxuyun
Üçüncü cəhd zamanı isə Dudayev öz mühafizə xidməti ilə birlikdə gizləndiyi evin partladılmasından 5 dəqiqə qabaq oranı tərk etdi. Lakin 1996-cı ilin yazında çeçen qruplaşmalarının təşkil etdiyi bir neçə qanlı hücum rus xüsusi xidmət orqanlarını daha dəqiq əməliyyat hazırlamağa sövq etdi. Xüsusən, 1996-cı ilin aprelin ortalarında Çeçenistanın Saçi rayonun Yarış-Mardı kəndi yaxınlığında rus qoşunlarının hərbi karvanına hücum Dudayevə qarşı xüsusi əməliyyatın başlanmasını sürətləndirdi. Həmin hücum nəticəsində çeçenlər 90 rus əsgərini öldürdü, 50 nəfəri yaraladı, onlarla hərbi texnika yararsız hala salındı. Bundan sonra əhali arasında nüfuzdan düşməyə başlayan prezident Boris Yeltsin növbəti prezident seçkiləri öncəsi Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə Dudayevi nəyin bahasına olursa-olsun məhv edilməsi göstərişini verir. Xüsusi xidmət orqanları 1 milyon dollar qarşılığında yerli informatorlardan Dudayevin telefonla danışdığı ərazini müəyyənləşdirirlər. Xüsusi əməliyyatı yerinə yetirmək üçün 2 SU-25 qırıcı təyyarəsi ayrılır. Qırıcı təyyarələr hədəfi özü müəyyənləşdirən xüsusi lazer başlıqlı aviasiya bombaları ilə təchiz edilir. Telefonun siqnalı qeydə alınan kimi həmin təyyarələr havaya qalxaraq hədəfi məhv etməli idilər. Bütün sutka boyu ərazini nəzarətə götürən ruslar Dudayevin telefonla zəng etməsini gözləməyə başlayırlar. Nəhayət, 1996-cı ilin aprelin 21-də Qroznı şəhərindən 30 km cənubda yerləşən Qexi-Çu kəndi yaxınlığında Dudayevin telefonla danışacağı barədə Rusiya kəşfiyyat xidmətinə çeçen casusları tərəfindən məlumat ötürülür. Dərhal havaya qalxan təyyarələr hədəfi məhv edirlər.
Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə yaxın danışdı. Ətrafında həyat yoldaşı və mühafizəçiləri olan Dudayev son telefon danışığını Rusiya Dövlət Dumasının deputatı Konstantin Borovoyla etdi. Dudayevə doğru atılan iki raketdən biri düz onun başına dəymiş və o, yerindəcə keçinmişdi. İki mühafizəçisi də onunla birlikdə həlak oldu. Ətrafdakı insanların köməyi ilə o, dəfn olundu. Lakin onun dəfn olunduğu yer naməlum olaraq qalır.
Cövhər Dudayevin ölümü Boris Yeltsinin reytinqini bir qədər qaldırsa da, ümumilikdə bu müharibənin gedişini dəyişə bilmədi. 1996-cı il 6 avqustda başlayan və "Cihad" adı verilən xüsusi əməliyyat nəticəsində Çeçenistan qoşunları paytaxt Qroznı daxil olmaqla, əksər əraziləri rus qoşunlarından azad etdilər. Hərbi məğlubiyyətlərin nəticəsi idi ki, 1996-cı il avqustun 31-də Xasavyurt müqaviləsi imzalandı. Rusiya tərəfdən müqaviləni Təhlükəsizlik Şurasının katibi Aleksandr Lebed, Çeçenistan tərəfindən isə silahlı çeçen dəstələrinin qərargah rəisi Aslan Məshədov imzaladı.
Müqaviləyə əsasən, Rusiya tərəfi qısa müddət ərzində öz qoşunlarını bütün Çeçenistan ərazisindən çıxarmağı öz üzərinə götürdü. Çeçenistan qısa müddət olsa da, de-fakto müstəqil ölkəyə çevrildi.
Çövhər Dudayev isə Çeçenistanın müstəqilliyinin tərəfdarları üçün azadlıq simvoluna çevrilib. Onun adına Polşada, Ukraynada və Pribaltikada küçə və meydanlar mövcuddur.
08:48 / 15 May 2025
Azərbaycanda zəlzələ olub
1
00:16 / 15 May 2025
40 gün sonra Aytacın cansız bədəni tapıldı
709
23:39 / 14 May 2025
Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq
97
22:03 / 14 May 2025
Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzaladı
185
21:55 / 14 May 2025
Türkiyədə gündəm olan qayınana və kürəkəninə bu qədər həbs istənilir
130
21:33 / 14 May 2025
“Təkbuynuzlu at”la bağlı maraqlı faktlar
613
21:21 / 14 May 2025
Ritmlə dərs keçən müəllim: "10 il əvvəl dərs keçdiyim şagirdlər zəng edib deyirlər ki..." - VİDEO
133
21:15 / 14 May 2025
Sürət həddi aşağı salınıb
123
21:05 / 14 May 2025
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi
132
20:54 / 14 May 2025
Ölən yeniyetmə skuterdən belə yıxılıbmış - VİDEO
207
20:40 / 14 May 2025
May DÖRD BÜRC üçün həlledici olacaq
479
20:35 / 14 May 2025
DİN MÜHÜM MƏLUMAT yaydı - Bu zənglərlə danışıq aparmayın!
281
20:30 / 14 May 2025
Tramp hisslərinə hakim ola bilmədi: Melaniyanı öpüşlərə qərq etdi - FOTOlar
141
20:23 / 14 May 2025
Yüksək vəzifə verilən Tural Piriyevin DOSYESİ
414
20:19 / 14 May 2025
İcra başçısının müavini vəzifəsindən getdi
126
20:04 / 14 May 2025
NATO Türkiyəni tərifləyir
98
19:58 / 14 May 2025
Braziliya prezidenti Rusiyanı tərk edib
98
19:55 / 14 May 2025
ABŞ və Qətər müdafiə sazişi imzalayıb
91
19:46 / 14 May 2025
SON DƏQİQƏ! Rusiya məşhur azərbaycanlını axtarışa verib — FOTO +SƏBƏB
763
19:35 / 14 May 2025
Vuçiç serbləri ümummilli mitinq üçün toplaşmağa çağırır
92
19:20 / 14 May 2025
Qətər və Boeing arasında 200 milyard dollarlıq müqavilə imzalanıb
92
19:18 / 14 May 2025
"Mikki Maus" adlandırılan uşaq əməliyyatdan sonra belə oldu — FOTO
304
19:05 / 14 May 2025
Estoniya ilə Rusiya arasında gərginlik
96
18:47 / 14 May 2025
Rusiya ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışır
105
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.