TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
564
02.02.2025, 13:37
Pul qazanmaq üçün Türkiyədən şokolad gətirən şəxsin başına iş gəlib. Həm malını itirib, həm də iki dəfə dələduzluğun qurbanı olub.
OXU24.COM xəbər verir ki, Vidadi.M Türkiyədən 70 min manatlıq şokolad sifariş verib. Mal Bakıya çatanda Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almaq məsələsində problemi yaranıb. Əvvəlcə bir gömrük əməkdaşı ondan bu məsələni həll etmək üçün pul alıb. Amma uzun müddət keçsə də problemi həll etməyərək onu aldadıb.
Bu problemlə üzləşən Vidadi tanışı 46 yaşlı Raminlə məsləhətləşib. Raminlə birlikdə polisə gedərək həmin gömrük əməkdaşından şikayət ediblər. Gömrük əməkdaşı cəzalandırılıb. Bundan sonra Ramin özü Vidadiyə qarşı dələduzluq edib.
Ramin Xarici Kəşfiyyat Xidmətində Katibliyin rəisi vəzifəsində çalışdığını, rütbəsinin kapitan olduğunu deyərək bu məsələni həll edəcəyini bildirib. Bu məqsədlə ondan 8600 manat pul alıb.
Ramin əslində Nəsimi rayonu ərazisində kirayə götürdüyü mağazada çap xidmətləri ilə məşğul olurmuş. Özünün dediyinə görə 2020-2023-cü ilə qədər də “Ulu Zirvə” agentliyində baş redaktorun müavini işləyib.
İstintaqla müəyyən edilib ki, Ramin “İpək yolu” gömrük postunda saxlanılan məhsulları çıxarmaq üçün heç bir iş görməyib.
Həmçinin oxuyun
Bu vədlə Vidadiyə əvvəlcə gömrük xidmətində çalışan bir nəfərin nömrəsini verib. Lazımi sənədləri əldə etməsini təşkil edib. Lakin sonradan müxtəlif vədlərlə onu aldadıb. Aldığı pulu da şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkmiş Vidadi pul qazanmaq istədiyi işdən külli miqdarda ziyanla çıxıb. Çünki uzun müddət keçdiyi üçün onun gömrükdə olan məhsullarının son istifadə müddəti bitib.
Ramin ifadəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, hadisə vaxtı xəstəlikdən əziyyət çəkdiyini bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Vidadi 8600 manat zərərin tam ödənilməsinə baxmayaraq şikayətçi olub. Buna səbəb isə gömrükdə mallarının məhv olmasıdır. Çünki malların son istifadə müddəti keçdiyi üçün məhv edilib. Vidadi məhkəmədən ona dəymiş 70 min manat ziyanın da Ramindən tutulmasını istəyib. Məhkəmə isə bildirib ki, zərərçəkmiş şəxs bunun üçün mülki iddia qaldırmalıdır.
Məhkəmə Ramini dələduzluq ittihamı ilə cəzalandırıb. Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
14:57 / 30 Aprel 2025
Sonuncu SMS: Növbəti günün bərbad olacağını bilərəkdən... Ayaz Bağırovun yarım qalan taleyi
1
14:49 / 30 Aprel 2025
Səidə Tağızadə vəzifəyə təyin edildi
7
14:42 / 30 Aprel 2025
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
7
14:36 / 30 Aprel 2025
Prezident Sumqayıt Kimya Sənaye Parkında - Fotolar
11
14:33 / 30 Aprel 2025
Polşa fon der Leyenin müdafiə xərclərini artırmaq ideyasını dəstəkləyir
11
14:16 / 30 Aprel 2025
Almaniya bələdiyyələri rusları 9 May şənliyindən qovmaqdan imtina edir
15
14:04 / 30 Aprel 2025
Tramp oynadı - VİDEO
19
13:59 / 30 Aprel 2025
Aralıq dənizi üçün fırtına xəbərdarlığı
19
13:46 / 30 Aprel 2025
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
25
13:43 / 30 Aprel 2025
11 gün iş olmayacaq
112
13:38 / 30 Aprel 2025
İsrail səfirliyinə hücum olub
26
13:32 / 30 Aprel 2025
Yeni təyinat olub
466
13:08 / 30 Aprel 2025
56 yaşında xərçəngdən dünyasını dəyişdi — Azad Rəhimovun anım günüdür
592
13:05 / 30 Aprel 2025
Nigar Heydərovanın meyiti tapıldı
33
12:58 / 30 Aprel 2025
Ukrayna pilotsuz təyyarəsi Şebekinoda mülki avtomobilə hücum edib
22
12:55 / 30 Aprel 2025
Türkiyədə "Gülənçilər" saxlanılıb
20
12:52 / 30 Aprel 2025
Pezeşkian Tehrandan Bakıya mesaj verdi
33
12:47 / 30 Aprel 2025
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
30
12:45 / 30 Aprel 2025
Estoniya Ukraynaya bir rota əsgər göndərməyə hazır olduğunu açıqlayıb
27
12:24 / 30 Aprel 2025
“Azadlıq” radiosu maliyyəni məhkəmələr vasitəsilə təmin edib
25
12:20 / 30 Aprel 2025
Dövlət avtomobilləri ucuz qiymətə satışa çıxarılır: Start qiyməti 1 200 - 21 000 manatdır
260
12:01 / 30 Aprel 2025
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
353
11:56 / 30 Aprel 2025
Prezident açılışda — FOTOLAR
54
11:55 / 30 Aprel 2025
ABŞ Dövlət Departamentində kütləvi ixtisarların yeni dalğası başladı
34
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.