TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1231
18.01.2025, 15:44
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 507 AZN vəsait oğurlanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kapital Bank tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Bildirilib ki, baş verən hadisədə müştəri Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb. Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardından müştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb. Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da bank əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.
Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.
xxx
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi açılıb.
DİN Mətbuat xidmətindən OXU24.COM -a bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.
Həmçinin məsələ ilə bağlı "Kapital Bank" da araşdırmaya başlayıb.
---------
11:17
Kapital Bank Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma aparır.
Milli.Az xəbər verir ki, bu barədə Kaptal Bank məlumat yayıb.
"Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi haqqında xəbərdən məlumatlısınız. Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı sizə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Atası Cəlil Əliyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
--------
Həmçinin oxuyun
11:06
Daxili İşlər Nazirliyi Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
-------
10:16
AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:
"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.
Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.
15:32 / 30 Aprel 2025
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir
2
15:24 / 30 Aprel 2025
İlham Əliyev xüsusi təyinatlı avtomobilin sükanı arxasında - Foto
50
15:19 / 30 Aprel 2025
İsrail müdaxilə etdi, Suriya səlahiyyətliləri və druzlar danışıqlar apardı
8
15:08 / 30 Aprel 2025
Azərbaycanda təbiətə 108 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb
7
14:57 / 30 Aprel 2025
Sonuncu SMS: Növbəti günün bərbad olacağını bilərəkdən... Ayaz Bağırovun yarım qalan taleyi
129
14:49 / 30 Aprel 2025
Səidə Tağızadə vəzifəyə təyin edildi
18
14:42 / 30 Aprel 2025
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
17
14:36 / 30 Aprel 2025
Prezident Sumqayıt Kimya Sənaye Parkında - Fotolar
20
14:33 / 30 Aprel 2025
Polşa fon der Leyenin müdafiə xərclərini artırmaq ideyasını dəstəkləyir
20
14:16 / 30 Aprel 2025
Almaniya bələdiyyələri rusları 9 May şənliyindən qovmaqdan imtina edir
23
14:04 / 30 Aprel 2025
Tramp oynadı - VİDEO
30
13:59 / 30 Aprel 2025
Aralıq dənizi üçün fırtına xəbərdarlığı
28
13:46 / 30 Aprel 2025
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
37
13:43 / 30 Aprel 2025
11 gün iş olmayacaq
155
13:38 / 30 Aprel 2025
İsrail səfirliyinə hücum olub
34
13:32 / 30 Aprel 2025
Yeni təyinat olub
534
13:08 / 30 Aprel 2025
56 yaşında xərçəngdən dünyasını dəyişdi — Azad Rəhimovun anım günüdür
674
13:05 / 30 Aprel 2025
Nigar Heydərovanın meyiti tapıldı
47
12:58 / 30 Aprel 2025
Ukrayna pilotsuz təyyarəsi Şebekinoda mülki avtomobilə hücum edib
32
12:55 / 30 Aprel 2025
Türkiyədə "Gülənçilər" saxlanılıb
31
12:52 / 30 Aprel 2025
Pezeşkian Tehrandan Bakıya mesaj verdi
45
12:47 / 30 Aprel 2025
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
40
12:45 / 30 Aprel 2025
Estoniya Ukraynaya bir rota əsgər göndərməyə hazır olduğunu açıqlayıb
38
12:24 / 30 Aprel 2025
“Azadlıq” radiosu maliyyəni məhkəmələr vasitəsilə təmin edib
38
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.