TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
655
02.12.2024, 22:19
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.
OXU24.COM xəbər verir ki, bu barədə İşgüzar Şura məlumat yayıb.
Bildirilib ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan – Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.
İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan – Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.
İclasın gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.
Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.



12:39 / 30 Avqust 2026
85
12:35 / 30 Avqust 2026
30
12:26 / 30 Avqust 2026
47
12:08 / 30 Avqust 2026
244
11:57 / 30 Avqust 2026
57
11:53 / 30 Avqust 2026
380
11:06 / 30 Avqust 2026
72
11:05 / 30 Avqust 2026
59
11:04 / 30 Avqust 2026
86
01:42 / 30 Avqust 2026
318
01:20 / 30 Avqust 2026
397
23:39 / 29 Avqust 2026
218
23:30 / 29 Avqust 2026
153
23:18 / 29 Avqust 2026
160
23:04 / 29 Avqust 2026
146
22:48 / 29 Avqust 2026
155
22:10 / 29 Avqust 2026
114
21:29 / 29 Avqust 2026
158
20:57 / 29 Avqust 2026
157
20:36 / 29 Avqust 2026
201
20:04 / 29 Avqust 2026
176
19:48 / 29 Avqust 2026
122
19:17 / 29 Avqust 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.