Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur aktrisa Almaniyada VƏFAT ETDİ -FOTO

Məşhur aktrisa Almaniyada VƏFAT ETDİ -FOTO

CƏMİYYƏT

320

22.09.2024, 23:47

Sovet teatr və kino aktrisası Antonina Aksenova Almaniyada vəfat edib

OXU24.COM xəbər verir ki, bu barədə "Vesti" onun dostlarına istinadla məlumat yayıb.

Qeyd edilib ki, 79 yaşlı Aksenova sentyabrın 21-də dünyasını dəyişib.

Məşhur aktrisa Maqadanda anadan olub. O, iki yaşına qədər uşaq evində yaşayıb, sonra onu “Sik marşrut” romanının müəllifi yazıçı Yevgeniya Ginzburq övladlığa götürüb.

1970-ci ildə Aksenova Lunaçarski adına GİTİS-i bitirib. Leninqrad Komediya Teatrında, Krasnoyarsk Lenin Komsomol Teatrında və Minsk Rus Teatrında xidmət edib.