Qaynar xətt:

(+99450) 247 90 86

Həlak olan FHN əməkdaşı musiqi sədaları altında son mənzilə yola salındı - VİDEO

Həlak olan FHN əməkdaşı musiqi sədaları altında son mənzilə yola salındı - VİDEO

CƏMİYYƏT

349

17.09.2024, 20:10

Ağdərədə qəza zamanı həlak olan FHN əməkdaşı musiqi sədaları altında son mənzilə yola salınıb.

OXU24.COM  xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, 14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd "Kamaz" markalı yanğınsöndürmə avtomobili qəza edib.