Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir ölkənin yükləri Azərbaycan üzərindən daşına bilər

Daha bir ölkənin yükləri Azərbaycan üzərindən daşına bilər

CƏMİYYƏT

267

27.08.2024, 22:10

Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla görüşüb.

OXU24.COM  xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik. Noyabrda Bakının ev sahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə nazir bildirib.