Qaynar xətt:

(+99450) 247 90 86

Şərur rayonunun 2 kəndində yanğın oldu

Şərur rayonunun 2 kəndində yanğın oldu

CƏMİYYƏT

239

27.08.2024, 21:39

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Çomaxtur və Çərçiboğan kəndlərində ot bağlamalarının yanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən  bununla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.