Qaynar xətt:

(+99450) 247 90 86

8 min manat mükafat fondu olan Azərbaycan çempionatı keçiriləcək

8 min manat mükafat fondu olan Azərbaycan çempionatı keçiriləcək

CƏMİYYƏT

224

26.08.2024, 21:59

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

OXU24.COM  xəbər verir ki, kişilər arasında ölkə çempionatında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Oktyabrın 4-dən 7-nə qədər keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar ABŞ-nin Nyu-York şəhərində keçiriləcək dünya çempionatına ezam olunacaqla