Qaynar xətt:

(+99450) 247 90 86

Astarada dənizdə batan gəncin meyiti tapıldı

Astarada dənizdə batan gəncin meyiti tapıldı

CƏMİYYƏT

232

25.08.2024, 14:39

Xəbər verildiyi kimi, 24 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

FHN-dən OXU24.COM -a verilən məlumata görə, dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində Astara rayonu, Kjəbə qəsəbə sakini 1996-cı il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.