Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116021
az

Marixuana ölümcül xəstəliyə təhrik edir

09:2014 Avqust, 2024
110
  • A

Alimlər kannabinoidlərdən (narkotiklər) asılı olan 4 milyon pasiyentin məlumatlarını öyrənib.
 
Bu yaxınlarda aparılan böyülk tədqiqat marixuanadan asılılıqla baş və boynun onkoloji xəstəliklərinin yüksək inkişaf riski arasında əlaqəni müəyyən edib.
 
OXU24.COM  xəbər verir ki, bu barədə "The Journal of the American Medical Association" jurnalı yazıb.
 
Kaliforniyanın bir neçə universitetlərinin alimləri 4 milyondan çox pasiyentin tibbi məlumatlar bazasının təhlilini aparıb, onlardan 116 min nəfəri kannabionidlərdən asılılıqdan əziyyət çəkib.
 
Nəticələr göstərib ki, marixuanadan asılı olanlar arasında baş və boyun xərçəngi halları xeyli çoxdur.
 
Demoqrafik və digər amillər nəzərə alındıqdan sonra marixuanadan istifadə edənlərdə bu xəstəliklər riski narkotiklərdən istifadə etməyənlərə nisbətən 3, 5 - 5 dəfə yüksək olub.
 
O cümlədən, ağız boşluğu xərçəngi riski 2, 5 dəfə, ağız-udlaq xərçəngi riski 4, 9 dəfə, qırtlaq xərçəngi riski isə 8, 4 dəfə yüksək olub.
 
Bu nəticələr həm yaşlı, həm də cavan adamlarda müəyyən edilib. Lakin tədqiqat müəllifləri vurğulayır ki, bu tədqiqat səbəb-nəticə əlaqəsini müəyyən etməyə imkan vermir, yalnız qarşılıqlı əlaqəni nümayiş etdirir.
 
Alimlər xüsusilə marixuanadan istifadə edilməsinin artdığı və onun leqallaşdırılması fonunda əlavə tədqiqatların zəruriliyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Portağal və naringilərdə elə maddə tapıldı ki...
22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi