Qaynar xətt:

(+99450) 247 90 86

Dünya xəritəsinə yeni dövlət daxil olub? - Ərazinin müstəqilliyi tanınır

Dünya xəritəsinə yeni dövlət daxil olub? - Ərazinin müstəqilliyi tanınır

CƏMİYYƏT

1679

12.06.2024, 23:12

İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini dövlət kimi tanıyacaqlarını dünyaya bəyan ediblər. Fələstin liderləri tərəfindən müsbət qarşılanan bəyanat Fələstin Azadlıq Təşkilatı tərəfindən "tarixi an" olaraq qiymətləndirilib. Fələstini dövlət kimi tanımağa qərar verən ölkələr bu addımın İsraillə fələstinlilər arasında sülh danışıqlarının inkişafına kömək edəcəyinə inanır.

Dünyanın əksəriyyəti Fələstin dövlətini tanıdığı halda, Fələstin Muxtariyyəti bir daha Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını onun BMT-yə tamhüquqlu üzvlük tələbinə baxmağa çağırıb. Fələstin Administrasiyasının məlumatına görə, BMT-yə üzv olan 193 ölkədən 137-si Fələstin dövlətini tanıyıb. Lakin bu  ölkələr sırasında Avstraliya, Yaponiya, Cənubi Koreya, Şimali Amerika və əksər Qərbi Avropa ölkələri daxil deyil.

Bəs Fələstinin dövlət kimi tanınması hazırda gedən müharibəyə necə təsir edə bilər?

OXU24.COM  xəbər verir ki, məsələni News24.az-a şərh edən siyasi ekspert, yaxın şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu bildirib ki, ümumiyyətlə, problemə baxışda müəyyən bir dəyişikjliyin baş verməsinin şahidi oluruq:

"Əslində burada Qərb ölkələrinin rolu olduqca böyükdür. İndiyə qədər Fələstinin müstəqil dövlət kimi tanınması prosesində, təssüf ki, Avropa ölkələrinin mövqeyini demək olar ki, müşahidə etmirdik. Qərb sadəcə olaraq orta statistik bəyanatlar səsləndirərək öz mövqeyini ifadə etmiş hesab edirdi. Amma tamamilə haklıdır ki, bir neçə dövlətin belə bir açıqlama ilə çıxış etməsi və ardıca da bunu əməli olaraq göstərib Fələstini dövlət kimi tanıması - bütün bunların hamısı problemə baxışda müəyyən dəyişikliklərin olduğundan xəbər verir".

Politoloq qeyd edib ki, növbəti mərhələdə də Avroa ölkələrinin bəzilərindən belə bir addım gözləmək olar. Onun sözlərinə görə, yaxın gələcəkdə də bu problemə diqqət artacaq: "Dəfələrlə qeyd etmişik ki, Fələstin-İsrail münaqişəsi yaxın şərqin ən köklü, ən tarixi və ən ağrılı problemidir. Bu problemin həlli istər-istəməz yaxın şərqdə yan problemlərin, münaqişələrin də həllinə kifayət qədər ciddi təsir edəcək.

"Bu həqiqəti artıq anlamağa başlayıblar. Nəhayət ki, beynəlxlaq hüququn da diktə etdiyi kimi ikili dövlət prinsipi ilə bu münaqişənin həllinə dəstək verən Avropa ölkələrinin də sayı getdikcə artır",- deyə Vüqar Zifəroğlu əlavə edib.

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

70

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

89

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

122

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

64

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

79

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

78

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

80

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

82

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

129

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

77

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

76

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

721

0