Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın yeni nazirləri onlardır - FOTOlar

Rusiyanın yeni nazirləri onlardır - FOTOlar

CƏMİYYƏT

364

15.05.2024, 09:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiya Prezidenti Vladimir Putin yeni nazirləri və Baş nazirin müavinlərini təyin edib.
 
OXU24.COM  xəbər verir ki, fərmanlar hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
 
Nazirlər Kabineti 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklə qəbul edilmiş yeni prosedura əsasən formalaşıb.
 
Yeni nazirlərin siyahısını təqdim edirik:
 
Andrey Belousov Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib.

Andrey Belousov Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib.

Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Vladimir Kolokoltsev təyin olunub.

Rusiya xarici işlər naziri vəzifəsində yenidən Sergey Lavrov qalıb.

Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev Rusiyanın idman naziri vəzifəsinə təyin edilib.

Sergey Kravtsov ölkənin yeni təhsil naziridir.

Dövlət Duması idarə rəisinin birinci müavini vəzifəsini tutan Oksana Lutu Rusiyanın kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edib.

Olqa Lyubimova federasiyanın mədəniyyət naziri vəzifəsinə təyin olunub.