Baş Prokurorluq və DİN Elgünlə bağlı açıqlama yaydı
17 May 2025, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
2333
22.11.2023, 18:11
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu24.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov dindirilib.
O bildirib ki, cinsi azlığın nümayəndəsidir və təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla instaqramda tanış olub:
"Valideynlərim cinsi azlıq olduğumu biləndən sonra məndən imtina edərək bir daha evə gəlməməyimi tapşırdı. Bakıya köçdüm. Dolanmaqda çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların instaqramdakı səhifəsində elan paylaşdım və orada R. İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.İsmayılovla həmin evə köçdük və orada birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi".
Təqsirləndirilən şəxs bildirib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini, Dəyanətə isə digər tapançanı verəcəyini deyib. Onun sözlərinə görə, Ruhlan digər təqsirləndirilən şəxs Azərlə ondan daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar:
"Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasını götürəndə onun içərisində silah olduğunu bilmədim".
Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Həmçinin oxuyun
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.
12:46 / 17 May 2025
Baş Prokurorluq və DİN Elgünlə bağlı açıqlama yaydı
356
12:17 / 17 May 2025
Hava ilə bağlı vacib açıqlama
299
11:30 / 17 May 2025
Şəkidə yeni şəlalə aşkarlandı
48
10:59 / 17 May 2025
"Həmin gecə Hindistan bizə yalvarırdı"
61
10:45 / 17 May 2025
Enerji içkilərindəki böyük təhlükə
55
10:30 / 17 May 2025
Gəzintiyə gedənlərin nəzərinə - Bu rənglərdə geyinməyin: Təhlükə var
58
10:15 / 17 May 2025
Aygün Səmədzadəyə yüksək vəzifə verildi
391
10:15 / 17 May 2025
“Putin sülhə ciddi yanaşmır”
113
10:05 / 17 May 2025
Ağır qəza: Həyatını itirən və yaralılar var
64
10:00 / 17 May 2025
Bu yol tam bağlanacaq
114
09:49 / 17 May 2025
Zelenski Sandu ilə bu məsələləri müzakirə etdi
142
09:33 / 17 May 2025
Ailə restorana getdikdən sonra 100 min dollar varlanıb.
100
09:22 / 17 May 2025
Suriya üç ölkəyə belə təşəkkür etdi - Fotolar
73
09:12 / 17 May 2025
Ağdaşda yol qəzası - Ölən və yaralılar var
76
09:00 / 17 May 2025
İmamoğlu və digərlərinin həbs müddəti uzadıldı
118
08:50 / 17 May 2025
Ərdoğanla Meloninin bu görüntüsü gündəm oldu - Video
153
22:54 / 16 May 2025
62 yaşlı qadın parkda öldü
175
22:31 / 16 May 2025
Özbəkistanda Türkiyə ilə bağlı elə şeylər tapıldı ki... - FOTO
154
21:49 / 16 May 2025
Ağstafada qəza olub, xəsarət alanlar var
121
21:48 / 16 May 2025
Tramp: "Putinlə görüşəcəyəm"
287
21:43 / 16 May 2025
Prezidentin bugünkü görüşlərinin - Videoicmalı
143
21:39 / 16 May 2025
Qadın dəm qazından öldü
127
21:36 / 16 May 2025
İsrail Husi liderini hədələyib
144
21:13 / 16 May 2025
Paşinyan İlham Əliyevə yaxınlaşıb nə deyib? - VİDEO
412
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.