Baldızını və arvadını al qana boyadı - Azərbaycanda DƏHŞƏT
26 Sentyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
613
15.11.2023, 19:35
Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin məhkəməsi başa çatıb.
OXU24.COM xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.in atasına məxsus "Vaz" markalı avtomobillə A.S.in qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.
Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra oraya polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.dən şikayətçi olduğunu deyib. O, A.S.in dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.ə 10 il 6 ay, H.M.ə isə 10 il həbs cəzası verilib.
12:38 / 27 Sentyabr 2026
1
12:29 / 27 Sentyabr 2026
22
12:06 / 27 Sentyabr 2026
43
11:52 / 27 Sentyabr 2026
102
11:44 / 27 Sentyabr 2026
52
11:35 / 27 Sentyabr 2026
389
11:30 / 27 Sentyabr 2026
54
11:28 / 27 Sentyabr 2026
44
11:04 / 27 Sentyabr 2026
497
11:00 / 27 Sentyabr 2026
115
11:00 / 27 Sentyabr 2026
51
10:50 / 27 Sentyabr 2026
168
10:40 / 27 Sentyabr 2026
84
10:37 / 27 Sentyabr 2026
65
10:33 / 27 Sentyabr 2026
126
10:30 / 27 Sentyabr 2026
59
10:16 / 27 Sentyabr 2026
63
10:10 / 27 Sentyabr 2026
70
10:00 / 27 Sentyabr 2026
56
09:50 / 27 Sentyabr 2026
69
09:49 / 27 Sentyabr 2026
59
09:46 / 27 Sentyabr 2026
495
09:31 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.