Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9640
az

Bakıda ŞOK olay: Kişi kişi ilə intim münasibətdə oldu,daha sonra pasportunu alıb şantaj etdi

14:1205 Fevral, 2019
1138
KRİMİNAL
  • A
Bakıda fahişəliklə məşğul olan kişidən şantaj yolu ilə pulları alınıb.

Oxu24.com  bildirir ki, bu barədə "Sputnik-Azərbaycan" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

31 yaşlı Gəncə sakini (adının göstərilməsi etik baxımdan məqsədəuyğun sayılmayıb - red.) bununla bağlı Sabail rayonu 39 saylı Polis Bölməsinə şikayət edib. Şikayətçinin sözlərinə görə, fevralın 2-də 21:00 radələrində R.N. ilə intim xarakterli görüşü olub. Ancaq həmin görüşdən sonra kişi onu biabır edəcəyi ilə şantaj etməyə başlayıb.

Susması müqabilində həmin şəxs şikayətçidən min manat pul tələb edib. Sonradan zərərçəkəndən daha 370 manat pul alıb. Bundan başqa, cinayətkar Gəncə sakininin iki mobil telefonu, şəxsiyyət vəsiqəsi və pasportunu əlindən alıb.

Bundan sonra şantajçı sənədlərinin qaytarılması üçün daha 600 manat istəyib.

İstintaqın gedişində əməliyyatçılar şübhəli şəxsin izinə düşüb və onu saxlayıb. Saxlanılan şəxs 37 yaşlı Naxçıvan (Babək rayonu) sakini R.N.-dir. Ona qarşı hədə-qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi
Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı