Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gecə saatlarında maşında güllələnən gənclərlə bağlı ŞOK: Kriminal aləmin üzvləri imiş +FOTOLAR

Bakıda gecə saatlarında maşında güllələnən gənclərlə bağlı ŞOK: Kriminal aləmin üzvləri imiş +FOTOLAR

KRİMİNAL

3934

28.12.2018, 14:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
10 TO 170 dövlət nömrə nişanlı "Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb. Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.Faktla bağlı cinayət işi başlanıb.
Oxu24.com-un Minval.info-ya istinadən verdiyi məlumatına görə, Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.