Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8362
az

Azərbaycanda ŞOK: Arvadının cinsiyyət orqanında narkotik gizlətdi, polislər şoka düşdü

13:5528 Dekabr, 2018
977
KRİMİNAL
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana arvadının cinsiyyət orqanında narkotik gətirməkdə təqsirləndirilən Emin Məmmədov və həyat yoldaşı L.M-ə hökm oxunub.

Oxu24.com -un  verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Emin Məmmədov 10 il, arvadı isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

E. Məmmədovun arvadı istintaq zamanı azadlıqda olsa da, həbs edilməyib. Onun himayəsində azyaşlı uşağı olduğu üçün onun 14 yaşı tamam olanadək hökmün icrası təxirə salınıb.

İttihama görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrükçülər tərəfindən yoxlama zamanı o, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxararaq təhvil verib.

Həmin şəxs həblərin “ekstazi” adlandırıldığını, həmin həbləri həyat yoldaşının istəyi ilə onun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.

Onu qarşılamağa gələn həyat yoldaşı Emin Məmmədov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində gömrükçülər tərəfindən saxlanılıb.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda QHT sədrinin qızını maşın      vurub      öldürdü