Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda qanlı gecə: İki nəfər maşında güllələndi+VİDEO

2018-12/1545978137_qfu2uiejazpvq0x.jpg

KRİMİNAL

4233

28.12.2018, 10:22

 Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb. Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.