Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

2018-12/1545933180_716512_2.jpg

KRİMİNAL

792

27.12.2018, 21:52

\"\" Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır.
Oxu24.com report-a istinadən məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də \"Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı\"nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib. Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək, artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.