Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8151
az

Əmisi gəlini ilə münasibətdə olan şəxslə bağlı yeni təfərrüatlar: “Əri telefonunda görüb ki…”

13:5521 Dekabr, 2018
1668
KRİMİNAL
  • A
 Bir neçə gün bundan öncə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində xəyanət üstündə baş verən döyülmə hadisəsinin yeni təfərrüatları məlum olub.

Oxu24.com  A24.Az-a  istinadən xəbər verir ki, yerli sakin Həsənov Elşad Yusif oğlu əmisinin gəlini ilə intim əlaqədə olduğuna görə qadının əri Həsənov Əli və onun qardaşları tərəfindən döyülüb. Belə ki, Əli Həsənovun həyat yoldaşı ilə Elşadla yanaşı, onun kiçik qardaşı Rəşad Həsənov da mütəmadi olaraq cinsi əlaqədə olublar. Həyat yoldaşına ərinin əmisi oğlanları ilə xəyanət edən qadın buna məcbur edildiyini bildirib. O qeyd edib ki, əvvəllər onunla cinsi əlaqədə olan E.Həsənov onu qardaşı R.Həsənovla da intim əlaqəyə girməyə məcbur edib. Əks halda, onu kənddə biabır edəcəyi ilə şantaj edib. Şantaja məruz qalan qadın isə qardaşların onunla cinsi əlaqədə olmasına razılıq verib. Daha sonra əlbir olan qardaşlar qadını onunla intim həyat yaşamadığı halda, övladlarını öldürəcəkləri ilə hədələyiblər.

Məlumatda bildirilir ki, qadın artıq atası evinə yollanıb. O, əvvəl doğulduğu Göygöl rayonunun Topalhəsənli kəndindəki atası evinə gedib. Daha sonra qardaşının onu öldürəcəyi barədə xəbərdarlığını eşitdikdə, qohumlarının köməkliyi ilə Gəncə şəhərində yaşayan digər yaxıbnlarının evinə gedib. Onun iki azyaşlı övladı isə ərinin dayısının evində yaşayır.


E.Həsənovun hazırda kənddə yaşadığı bildirilir. Hadisədən sonra E.Həsənovun həyat yoldaşının da Gədəbəy rayonundakı atasının evinə qayıtdığı vurğulanır. Qeyd olunur ki, qadın bundan sonra E.Həsənovla birlikdə yaşaya bilməyəcəyi üçün bu addımı atıb. O, uşaqlarını ərinin evində qoyaraq tərk edib.

"Əli evə gələndə, həyat yoldaşının telefonuna mesaj gəldiyini görüb. Mesajın göndərildiyi nömrənin Elşada aid olduğu biləndə, arvadına heç nə deməyib. Əmisinin arvadına, yəni Elşadın anasının yanına gedib deyib ki, bəs, oğlun belə bir iş görüb. Anası da deyib ki, mənim elə bir oğlum yoxdur, nə edirsinizsə, edin”, – deyə mənbə redaksiyamıza bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini Ə.Həsənov qardaşları ilə birlikdə kənd sakini E.Həsənovu soyunduraraq onun əyninə qadın paltarları geyindiriblər. Daha sonra onu ağır işgəncələrə məruz qoyaraq döyüblər. Dekabrın 12-də Ə.Həsənov qardaşları ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ