Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81428
az

Narkotik çəkib maşın sürən şəxs həbs edilib

11:1130 Yanvar, 2023
121
KRİMİNAL
  • A
Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 28-i saat 23 radələrində Şəmkir rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının postunda Gəncə şəhər sakini Murad İbrahimovun idarə etdiyi “Toyota” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub. M.İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı
Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı