Oxu24com.Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ucar rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
İ.Ç. qonşuluqda yaşayan qohumu Q.Q.nın qətlə yetirilməsində şübhəli bilinərək saxlanılıb. Dekabrın 14-də Ucar rayon Polis Şöbəsinə gənc qızın itdiyi barədə məlumat daxil olub. Qızın üzərində 21 bıçaq yarası olan cəsədi dekabrın 16-da kənd kənarındakı otlaq ərazisində tapılıb. Qız dekabrın 9-da evdən çıxıb. Qatil təkcə qıza bıçaq zərbələri endirməklə kifyətlənməyib, həm də onun başını kəsib.
Araşdırma zamanı məlum olub ki, İ.Ç. və onun qurbanı əvvəllər intim əlaqədə olublar. Bu yaxınlarda cavan oğlan digər 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. Qaçırılan qızın atası bu barədə polisə şikayət edib. Cinayət-axtarış şöbəsinin əməliyyatçıları yeniyetmənin axtarışına başlayıblar və onu Bakıda İ.Ç.-nın yanında tapıblar. Məlum olub ki, paytaxtda gənc oğlanla həddi buluğa çatmayan qız arasında intim münasibətlər olub.
Qız ata evinə qaytarılıb. Lakin sonra qaçırılmış qızın valideynləri ilə İ.Ç-nın valideynləri arasında barışıq olub. Onlar qərara gəliblər ki, cavanlar evlənsinlər. Cinayət işinin materiallarında qeyd olunduğuna görə, bu hadisədən sonra oğlanın qohumu Q.Q. onların evlərinə gedərək oğlanı qeyri-sağlam hərəkət etməkdə və sözünün üstündə durmamaqda, onu buraxaraq başqası ilə evlənməkdə günahlandırıb. Qohumlar arasında baş verən münaqişə zamanı onlar bir-birini qarşılıqlı sürətdə ittiham ediblər. Qız oğlanın ailəsini onun azyaşlı bacısının başına oyun gətirməklə qisasını alacağı ilə hədələyib.
İ.Ç. tezliklə Bakıya qayıdıb, lakin qohum qızın dedikləri onun fikrindən çıxmayıb. O, balaca bacısını gözləyən təhlükəni aradan qaldırmaq qərarına gəlib. İ.Ç. kəndə qayıdaraq qohumu olan Q.Q. ilə əlaqə yaradıb. O, qızı söhbət etmək bəhanəsilə otlaq sahəsinə çağırıb və orada öldürüb. Təqsirləndirilən şəxs dindirilmə zamanı görüşdən əvvəl bıçağını itilədiyini etiraf edib.
Hazırda faktla bağlı rayon prokurorluğunda istintaq gedir. Bununla yanaşı, azyaşlının qaçırılması və onunla cinsi əlaqəyə girmə faktı ilə bağlı cinayət işinin materialları Bakıya göndərilib. Oxu24.com
ŞƏRHLƏR