Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8126
az

Nəvəsinin ölümünə görə nənəyə cəza verildi

19:3820 Dekabr, 2018
692
KRİMİNAL
  • A
 Ali Məhkəmədə nəvəsinin ölümündə təqsirləndirilən Xatirə Mehdiyevanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com "ölkə.az"a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, 1980-ci il təvəllüdlü, Tovuz rayon sakini X.Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 09:00 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatırtmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Nənə nəvəsinin ağlamasından əsəbiləşib və əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən döşəməyə yıxılıb. Körpə təxminən beş dəqiqə üzü üstdə yerdə uzanmış halda qaldığından ölüb.

Abşeron rayon prokurorluğu tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə X.Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, uşağın atası Ağasəf Babayev apellyasiya şikayəti verib.

O, apellyasiya şikayətində X.Mehdiyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ