Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda şok: direktor küçənin ortasında şagirdi yumruqla vurdu - VİDEO

2018-12/1545294825_dr.jpg

KRİMİNAL

769

20.12.2018, 12:33

 Ötən gün Cəlilabadda məktəb direktorunun 9-cu sinif şagirdini döyməsi ilə bağlı mediada və sosial şəbəkələrdə video yayılıb.
Cəlilabad Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, hadisəylə bağlı araşdırma aparılır: "Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntüyə dair bildiririk ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb. Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".