Qaynar xətt:

(+99450) 247 90 86

Ailəsi 4 aydır bu qadını axtarır

KRİMİNAL

884

19.12.2018, 21:59

\"\" Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Lalə Bəşirovanın əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.   Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in \"102 Zəng Mərkəzi\" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur