Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8029
az

Nərmin bu tarixdə məhkəmə qarşısında olacaq - Ağır cəza tələb olunur

20:0217 Dekabr, 2018
1471
  • A
 Tanınmış vəkil Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadənin həbs edilməsini istəyir.

Oxu24.com  bildirir ki, bunu oxu.az-a açıqlamasında vəkil Ramil Rüstəmov deyib.

O, bildirib ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Onun sözlərinə görə, işə Xətai rayon Məhkəməsində baxılacaq:

"Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib".

Vəkil onu da əlavə edib ki, N. Şahmarzadənin həbs edilməsini istəyirlər:

"Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini qoymuşuq. Digər tələbimiz isə ondan ibarətdir ki, Azərbaycan xalqından üzr istəsin".

Vəkilin sözlərinə görə, şikayətə onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+