Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub: Ondan artıq yaralı var - YENİLƏNİB - FOTO

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub: Ondan artıq yaralı var - YENİLƏNİB - FOTO

KRİMİNAL

732

15.03.2022, 23:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

21:29

Sumqayıtda qəzada yaralıların sayı artıb.

OXU24.COM APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralılardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, "Hyundai" markalı mikroavtobus Xaçmaz rayonundan gəlirmiş.

20:04

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

OXU24.COM APA-ya istinadən xəbər verir ki, hadisə "Stansiya Sumqayıt" yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

19:20

Sumqayıtda ağır yol qəzası olub, yaralılar var.

OXU24.COMTrend-ə istinadən xəbər verir ki, avtobusla minik avtomobili toqquşub.

Qəza şəhərin "Mero" kimi tanınan ərazisində baş verib.

Məqaləyə dair fotomateriallar: