Qaynar xətt:

(+99450) 247 90 86

Prokuror kriminal avtoritetə 19 il həbs cəzası istəyib

Prokuror kriminal avtoritetə 19 il həbs cəzası istəyib

KRİMİNAL

555

10.02.2022, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, prokuror onun 19 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
"Report" xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 14-nə təyin edilib. Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib. İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, "Vəziyyət İbrahim" kimi tanınır.