Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə şadlıq sarayının rəhbəri həbs edilib

Bərdədə şadlıq sarayının rəhbəri həbs edilib

KRİMİNAL

545

09.02.2022, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, yoxlamalar zamanı rayonun Hacıallı kəndində yerləşən “Atabəy” şadlıq sarayında keçirilən toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.

Qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.