Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Ana və körpə öldü

Bakıda dəhşət: Ana və körpə öldü

KRİMİNAL

523

08.02.2022, 12:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 15 yaşlı hamilə yeniyetmə vəfat edib.

Oxu24.com  xəbər verir ki, hadisə fevralın 6-da 3 Saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb.

Belə ki, yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, naməlum səbəbdən uşağını itirən yeniyetmə reanimasiyaya yerləşdikdən sonra dünyasını dəyişib.

Məsələ ilə bağlı Xəstəxanadan APA-ya verilən açıqlamaya görə, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb", - deyə xəstəxanadan bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.