Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli hadisə: Bacı və qardaş öldürüldü

Azərbaycanda dəhşətli hadisə: Bacı və qardaş öldürüldü

KRİMİNAL

878

06.02.2022, 18:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.

Oxu24.com  xəbər verir ki, bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.