Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda qadın narkotik satışına görə tutulub

Yevlaxda qadın narkotik satışına görə tutulub

KRİMİNAL

444

01.02.2022, 23:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yevlax rayon sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan yerli bürosuna verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Həmidə Dərvişova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə qablaşdırılmış metamfetamin, heroin və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə H.Dərvişova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.