Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda arvadının bıçaqladığı kişi xəstəxanada ölüb - YENİLƏNİB

Bakıda arvadının bıçaqladığı kişi xəstəxanada ölüb - YENİLƏNİB

KRİMİNAL

398

30.01.2022, 22:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

20:44

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

20:41

Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.


OXU24.COM  APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi təcili yardımla xəstəxanaya yerləşdirilib.
Hövsan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elşən Hadızadə aldığı xəsarətlər vəfat edib.

Hazırda araşdırma aparılır.