Masallıda itkin düşən 15 yaşlı qız Bakıda tapıldı
04 Noyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
499
24.01.2022, 19:39
Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakini olan "Samir" adlı şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs - Samir Qurbanov tutularaq 9-cu Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 5 qrama yaxın heroin aşkar olunub. Həmin şəxs ifadəsində yaşadığı evin yaxınlığında zirzəmidə külli miqdarda narkotik vasitə gizlətdiyini də bildirib. Qeyd edilən yerə baxış zamanı Samir Qurbanova məxsus əlavə 3 kiloqram 20 qam heroin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik vasitələri ölkə ərazinə qaçaqmalçılıq yolu ilə göndərən xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində silsilə oğurluqlar edən Sumqayıt şəhər sakini Tahir Əhmədov saxlanılıb. Araşdırma zamanı onun müştəri kimi getdiyi obyektlərdə zərərçəkənlərin ani diqqətsizliyindən istifadə edərək onların mobil telefonlarını oğurladığı müəyyən edilib. Tahir Əhmədovun etdiyi oğurluqların bir neçəsi obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
10:20 / 05 Noyabr 2026
1
10:14 / 05 Noyabr 2026
22
10:12 / 05 Noyabr 2026
699
10:02 / 05 Noyabr 2026
42
10:00 / 05 Noyabr 2026
54
10:00 / 05 Noyabr 2026
62
09:53 / 05 Noyabr 2026
59
09:31 / 05 Noyabr 2026
330
09:24 / 05 Noyabr 2026
75
09:14 / 05 Noyabr 2026
94
09:12 / 05 Noyabr 2026
72
09:05 / 05 Noyabr 2026
238
07:00 / 05 Noyabr 2026
159
05:00 / 05 Noyabr 2026
503
03:30 / 05 Noyabr 2026
220
01:05 / 05 Noyabr 2026
232
00:18 / 05 Noyabr 2026
416
00:16 / 05 Noyabr 2026
1761
23:48 / 04 Noyabr 2026
369
23:44 / 04 Noyabr 2026
325
23:40 / 04 Noyabr 2026
262
23:35 / 04 Noyabr 2026
248
23:33 / 04 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.