Generalın qızı məhkəməyə gətirildi: Halı pisləşdi...
12 Noyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
904
27.04.2021, 07:47
Prokurorluqda istintaq edilən cinayət işinin icraatına xitam verilməsi adı ilə vətəndaşın pulunu ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumatına görə, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanmış cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılmış H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək sözügedən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə verilməsi adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
15:55 / 12 Noyabr 2026
1
15:36 / 12 Noyabr 2026
135
15:15 / 12 Noyabr 2026
28
15:12 / 12 Noyabr 2026
62
14:15 / 12 Noyabr 2026
110
14:04 / 12 Noyabr 2026
301
13:59 / 12 Noyabr 2026
267
13:55 / 12 Noyabr 2026
110
13:45 / 12 Noyabr 2026
185
13:36 / 12 Noyabr 2026
232
13:29 / 12 Noyabr 2026
110
13:21 / 12 Noyabr 2026
125
13:20 / 12 Noyabr 2026
150
13:18 / 12 Noyabr 2026
474
13:16 / 12 Noyabr 2026
142
13:07 / 12 Noyabr 2026
408
13:04 / 12 Noyabr 2026
102
13:00 / 12 Noyabr 2026
106
12:40 / 12 Noyabr 2026
122
12:25 / 12 Noyabr 2026
155
12:05 / 12 Noyabr 2026
148
11:55 / 12 Noyabr 2026
132
11:50 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.