Qaynar xətt:

(+99450) 247 90 86

DİN məlumat yaydı: Tutulan var

DİN məlumat yaydı: Tutulan var

KRİMİNAL

1384

22.04.2021, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhər sakinindən narkotik götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülüb.