Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ər və arvadı 16 nəfərə 2,6 milyon manat "atdı"

Bakıda ər və arvadı 16 nəfərə 2,6 milyon manat \\\"atdı\\\"

KRİMİNAL

2485

07.04.2021, 13:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sahibkarlıq fəaliyyəti adı altında qanunsuz əməllər törədən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində yaradılmış şəffaf və rəqabətqabiliyyətli mühitdən sui-istifadə etməklə vətəndaşların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı prokurorluq orqanları tərəfindən hüquqi tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi instaqram səhifəsində keçirilən “sual-cavab” sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilib, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.

Eləcə də, hüquqi şəxs “Avangard Travel” MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

19:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

99

0
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

19:49 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

107

0
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:36 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

117

0
Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

19:31 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

112

0
Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF  

19:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF  

121

0
Prezidentin Antalya səfəri hansı siyasi mənanı daşıyır?-DEPUTATLA MÜZAKİRƏ

19:15 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin Antalya səfəri hansı siyasi mənanı daşıyır?-DEPUTATLA MÜZAKİRƏ

148

0
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü 

19:09 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü 

109

0
Sürücülərin diqqətinə! Bu yol açıldı

19:03 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sürücülərin diqqətinə! Bu yol açıldı

115

0
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib

18:58 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib

117

0
Azərbaycanlılar xaricə səfərlərdə niyə daha az pul xərcləyir? – İLGİNC DETALLAR AÇIQLANDI

18:50 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanlılar xaricə səfərlərdə niyə daha az pul xərcləyir? – İLGİNC DETALLAR AÇIQLANDI

121

0
Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...

18:42 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...

1540

0
Monteneqro Prezidenti Azərbaycana gələcək  

18:40 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Monteneqro Prezidenti Azərbaycana gələcək  

114

0