Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı
12 Noyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2840
06.04.2021, 18:11
Törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan baxar.az-a verilən məlumata görə, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bununla əlaqədar, Baş İdarə tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunub.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanıb.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanıb, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
22:24 / 12 Noyabr 2026
11
22:21 / 12 Noyabr 2026
17
22:13 / 12 Noyabr 2026
33
21:55 / 12 Noyabr 2026
50
21:39 / 12 Noyabr 2026
65
21:26 / 12 Noyabr 2026
658
21:19 / 12 Noyabr 2026
91
21:04 / 12 Noyabr 2026
77
20:55 / 12 Noyabr 2026
143
20:42 / 12 Noyabr 2026
117
20:26 / 12 Noyabr 2026
125
20:14 / 12 Noyabr 2026
110
20:08 / 12 Noyabr 2026
114
20:05 / 12 Noyabr 2026
143
19:59 / 12 Noyabr 2026
106
19:49 / 12 Noyabr 2026
115
19:36 / 12 Noyabr 2026
123
19:31 / 12 Noyabr 2026
117
19:19 / 12 Noyabr 2026
126
19:15 / 12 Noyabr 2026
155
19:09 / 12 Noyabr 2026
114
19:03 / 12 Noyabr 2026
123
18:58 / 12 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.